"Paşinyanın son bəyanatlarından sonra sülh müqaviləsinin razılaşdırılması çox asanlaşacaq”
"Mən Rusiya tərəfinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında göstərdiyi səylərə görə təşəkkür etmək istərdim”.
Bu barədə Prezident İlham Əliyev Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.
Dövlət başçısı bildirib ki, bu səylər yüksək qiymətləndirilir.
Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra sülh müqaviləsinin bəndlərinin razılaşdırılması məsələsi xeyli asanlaşacaq:
“Hesab edirəm ki, Ermənistan rəhbərliyinin (Baş nazir Nikol Paşinyan - red) Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması, eləcə də konkret rəqəmlər göstərilməklə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı son bəyanatlarından sonra sülh müqaviləsinin digər bəndlərinin razılaşdırılması çox asanlaşacaq”.
Dövlət başçısı Moskvada keçirilən üçtərəfli görüşün yekunlarına görə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyişə ümid etdiyini bildirib.
"Ümid edirəm ki, bu gün biz iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələsində üçtərəfli formatda daha bir addım atacağıq”, - deyə Azərbaycan lideri qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















