NEQSOL Holding qlobal təlim təchizatçısı O'Reilly ilə tərəfdaşlığa başlayır
(®) NEQSOL Holding-in rəqəmsal öyrənmə platforması olan NEQSOL Academy qlobal səviyyədə tanınan texniki təlim və öyrənmə resursları təchizatçısı O’Reilly ilə yeni əməkdaşlığa başlayır.
Bu tərəfdaşlıq NEQSOL Holding-in əməkdaşlarının texnoloji bacarıqlarını artırmaq məqsədi daşıyır və onların sürətlə inkişaf edən biznes mühitində davamlı bilik və bacarıqlarla təmin olunmasına kömək edəcək.
Əməkdaşlıq çərçivəsində, NEQSOL Holding-in işçiləri proqram təminatının inkişafı, data elmi və liderlik kimi müxtəlif mövzuları əhatə edən O'Reilly-nin 50.000-dən çox elektron kitab, video və onlayn kurslardan ibarət geniş kitabxanasına çıxış əldə edəcəklər.
Bundan başqa, O'Reilly AWS, Google Cloud və Microsoft Azure kimi platformaların sertifikatlarını qazanmaqda işçilərə dəstək olmaq üçün peşəkar hazırlıq kursları təklif edir.
“Biz işçilərimizin yüksək keyfiyyətli onlayn təlim resurslarına çıxış əldə etməsi üçün O'Reilly ilə əməkdaşlıq etməkdən məmnunuq. Əməkdaşlarımız bizim ən böyük aktivimizdir və biz onların öyrənməsi və inkişafı üçün sərmayə qoymağa davam edəcəyik. O'Reilly ilə bu strateji tərəfdaşlıq bizə əməkdaşlarımızın texnoloji bacarıqlarını artırmağa və onların öz sahələrində karyeralarını yüksəltməsinə imkan verəcək. Bu isə bizim uzunmüddətli uğurumuz üçün çox vacibdir”, - deyə NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib.
O'Reilly beynəlxalq səviyyədə tanınan və sürətlə dəyişən dünyada inkişafa kömək edən onlayn öyrənmə platformasıdır. Bu platforma canlı onlayn təlimlər, kitablar, videolar, rəsmi sertifikatlı hazırlıq materialları, proqram təminatları vasitəsilə geniş mövzuları əhatə edən interaktiv və fərdi öyrənmə imkanı təklif edir.
NEQSOL Holding 9 ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
13 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























