Vergi inzibatçılığının təkmilləşdirilməsi, investisiya təşviqi və iqtisadi sahədə şəffaflıq ilə bağlı dəyişikliklər layihəsi hazırlanıb - İqtisadi Şuranın iclası keçirildi
Bu gün İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə növbəti iclas keçirilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda bu ilin ötən dövründə iqtisadi vəziyyət, qlobal və regional iqtisadi proqnozlar, Azərbaycanda 2023-cü il və ortamüddətli dövr üçün sosial-iqtisadi artım proqnozları, o cümlədən neft-qaz sektorunun proqnozları, habelə vergi inzibatçılığının təkmilləşdirilməsi, investisiya təşviqi və iqtisadi sahədə şəffaflığın təmin edilməsi ilə bağlı dəyişikliklərin layihəsi, Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin indikatorları üzrə görülmüş işlər, icra olunmalı tədbirlər və digər cari məsələlər müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi və “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın Katibliyinin hesabatı dinlənilib.
İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar göndəriləcək
- 4 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
-
1 gün əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
Küveyt neft istehsalını azaltmağa məcbur oldu
Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
Ən çox oxunanlar
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
10 mart tarixi üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub






















