Süni intellektin yaratdığı "Pentaqonda partlayış" şəkili birjada 500 milyard dollarlıq vahimə yaradıb!
Bir çox böyük xəbər agentlikləri və jurnalistlər tərəfindən dərc edilən Pentaqonda "partlayış" olması ilə bağlı iddialar rəsmən təkzib edilib. Bütün dünyanın gerçək olduğuna inandığı və birjada 500 milyard dollarlıq oynaqlığa səbəb olan görüntünün süni intellekt tərəfindən hazırlandığı ortaya çıxıb.Son günlərdə edə biləcəkləri ilə bizi təəccübləndirməyə davam edən süni intellekt texnologiyası görüntü yaratmaq qabiliyyəti ilə dünyanı lərzəyə gətirib.
Marja.az xəbər verir ki, bundan əvvəl 266-cı Papa Fransiskə (Franciscus) dair görüntü ilə hər kəsi aldatmağı bacaran süni intellekt, indi Pentaqonla bağlı saxta görüntü ilə ürəkləri ağza gətirib.
Pentaqonda partlayış olduğunu göstərən görüntü ötən gün əksər ABŞ xəbər agentlikləri və məşhur jurnalistlər tərəfindən paylaşılıb. Sosial mediada gündəmə gələn görüntünün bir çoxları tərəfindən real olduğu düşünüldükdən bir neçə saat sonra ABŞ hökumətindən rəsmi açıqlama verilib.
Xəbəri təkzib edən ABŞ Müdafiə Nazirliyi real olduğu düşünülən fotonun saxta olduğunu və hələ ki, mənbəyinin tapılmadığını açıqlayıb.
Əksər ekspertlərin fikrincə, süni intellektin köməyi ilə hazırlandığı düşünülən foto birjaya da dərindən təsir edib. Saxta xəbərlərin yayılmasından bir neçə dəqiqə sonra bazarda 500 milyard dollarlıq oynaqlıq baş verib. Nyu-York birjası 10%-ədək düşüb.
Süni intellektin səbəb olduğu daha bir dezinformasiya ilə əlaqədar olaraq, bir çox insan sosial media vasitəsilə yeni texnologiyaya böyük reaksiyalar göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















