Qətər: Avropa daha dərin enerji çatışmazlığı ilə üzləşə bilər
Qətərin energetika məsələləri üzrə dövlət naziri Saad bin Şəridə əl-Kabi “Avropa daha pis neft və qaz təchizatı çatışmazlığı ilə üzləşə bilər” deyib.Qətərin enerji məsələləri üzrə dövlət naziri Saad bin Şəridə əl-Kabi (Saad bin Şeride el-Kâbi) Avropanın daha dərin enerji çatışmazlığı böhranı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Marja xəbər verir ki, Nazir Kabi Bloomberg Media Qrupu ilə əməkdaşlıq çərçivəsində üçüncü dəfə Dohada keçirilən Qətər İqtisadi Forumunda çıxış edib.
“Qlobal iqtisadiyyat gələn il bərpa olunarsa, Avropa daha pis neft və qaz təchizatı çatışmazlığı ilə üzləşə bilər”, - Kabi deyib.
Qətərli nazir bəyan edib ki, bu il olduğu kimi isti olmayan normal qış fərziyyəsi ilə qlobal iqtisadiyyatın bərpası və ənənəvi enerji mənbələrinə tələbatın artması “Avropanın tədarük çatışmazlığı böhranına daxil ola bilər”.
Dünyanın aparıcı xam neft istehsalçıları Qərbin bərpa olunan enerjiyə keçidlə bağlı atdığı addımlarla yanaşı, ənənəvi enerji sənayesi, neft və qaza investisiyaların zəifləməsinin nəticələri barədə xəbərdarlıq edirlər.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysem el-Gays neft-qaz sektoruna qlobal investisiya həcminin azalmasının tədarük çatışmazlığına səbəb olacağı ilə bağlı fikirlərini bölüşüb.
Gays vurğulayıb ki, enerji keçidi tədricən olmalıdır.
OPEC apreldə də bəyan edib ki, hesablamalara görə, neft sənayesinin qarşıdakı illərdə tələbatı ödəmək üçün 12,1 trilyon dollar investisiyaya ehtiyacı var.
2000-dən çox insanın iştirakı ilə Qətərin paytaxtı Dohada təşkil olunan “Qətər İqtisadi Forumu” mayın 25-dək davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
21 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
























