"Azərkosmos" Azərbaycanın iri kənd təsərrüfatı şirkətilə müqavilə imzaladı
Peyk təsvirlərindən istifadə etməklə ölkədə kənd təsərrüfatı ərazilərinin, əkinlərin inkişaf vəziyyətinin monitorinqi aparılacaq və əkin ərazilərinin elektron xəritəsinin hazırlanması layihələri həyata keçiriləcək.
"Azərkosmos" və Azərbaycanın kənd təsərrüfatının ən iri şirkəti olan “Agro Dairy” peyk təsvirlərinin kənd təsərrüfatı sahələrinin monitorinqində istifadəsinə dair əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə “Caspian Agro” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində imzalanıb.
Bu əməkdaşlıq sayəsində peyk təsvirlərindən istifadə etməklə ölkədə kənd təsərrüfatı ərazilərinin, əkinlərin inkişaf vəziyyətinin monitorinqi aparılacaq və əkin ərazilərinin elektron xəritəsinin hazırlanması layihələri həyata keçiriləcək.
Bitki örtüyü xəritəsinin hazırlanmasında il ərzində müxtəlif aylarda dövri peyk təsvirləri, o cümlədən “Azersky” peykinin arxiv bazasında toplanmış təsvirlərdən də istifadə olunacaq.
Peyk təsvirləri əsasında şumlanmış ərazilərin monitorinqi, deqradasiyaya uğramış torpaqların müəyyənləşdirilməsi nəzərdə tutulub. Eyni zamanda məhsuldarlığın proqnozlaşdırılması, əkin sahələrində yayılmış xəstəliklərin inkişaf dinamikasının və bitkilərin vegetasiya dövrünün davamlı olaraq monitorinqi aparılacaq. Kənd təsərrüfatı sahəsində baş verən dəyişikliklər üzrə operativ məlumatın təmin olunması məqsədilə sözügedən peyk xidmətləri rəqəmsal platforma üzərindən təqdim olunacaq.
Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, ölkəmizdə əkin ərazilərinin effektiv planlaşdırılmasında peyk təsvirləri əvəzsiz rol oynayır. “Agro Dairy” şirkəti ilə əməkdaşlığımız sayəsində peyk təsvirlərinin istifadəsi ilə sahəvi iş həcmi dəfələrlə azalmış olacaq, ölkəmizdə kənd təsərrüfatında məhsuldarlığın daha dəqiq proqnozlaşdırılması və optimallaşdırılmasına töhfə verəcəyik.
“Agro Dairy ölkəmizdə kənd təsərrüfatı sektorunun ehtiyaclarına uyğun olaraq müasir texnologiyaların istifadəsini daim diqqətdə saxlayır. Əminəm ki, Azərkosmosun peyk xidmətləri ilə ölkəmizin “ağıllı kənd” təsərrüfatının inkişafında innovativ həllər yaratmış olacağıq”, – deyə şirkətin icraçı direktoru Niyazi Əmirbəyov qeyd edib.
Müştərilərin xəbərləri

“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi – FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
1 saat əvvəl
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
-
-
2 saat əvvəl
Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu üzv kimi qoşulub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 2 saat əvvəl
-
2 saat əvvəl
İtaliyanın ən böyük yanacaqdoldurma şəbəkələrindən biri SOCAR-a təhvil verilə bilər
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın idxalı ixracından sürətli artır, müsbət saldo "əriyir"
-
3 saat əvvəl
Mərkəzi Bank 3 kredit ittifaqına icrası məcburi göstəriş verib
-
4 saat əvvəl
Bakıda şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradıldı - TƏYİNATLAR
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu üzv kimi qoşulub

Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI

İtaliyanın ən böyük yanacaqdoldurma şəbəkələrindən biri SOCAR-a təhvil verilə bilər

Azərbaycanın idxalı ixracından sürətli artır, müsbət saldo "əriyir"
.jpg)
Mərkəzi Bank 3 kredit ittifaqına icrası məcburi göstəriş verib

Bakıda şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradıldı - TƏYİNATLAR

Heydər Əliyev və Ziya Bünyadov arasındakı və Neft Emalı Zavodu ətrafındakı ərazilər yenidən qurulacaq

Müştərinin 27 min manatlıq istehlak krediti "PAŞA Həyat Sığorta" tərəfindən ödənilib

Azercell baza stansiyalarını təkmilləşdirib, yeni baza stansiyasıları istifadəyə verib - İNTERNERİN SÜRƏTİNİ ARTIRIB

SOCAR üzrə satılan 1 kub metr qazın xərci 18 qəpik təşkil edib
