Azərbaycanın gəlirləri xam neft üzrə azalıb, qaz və elektrik enerjisi üzrə artıb
2023-cü ilin yanvar-aprel ayları ərzində (ilk 4 ayda) Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın statistik dəyəri 11 milyard 397 milyon 594 min dollar təşkil edib. 2022-ci ilin eyni dövründə neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın statistik dəyəri 10 milyard 857 milyon 881 min dollar təşkil etmişdi. Beləliklə, neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın statistik dəyəri cari ildə 539 milyon 713 min dollar artıb. Artım təbii qaz ixracının statistik dəyərinin armasından qaynaqlanır.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin ilk 4 ayında xam neft ixracının dəyəri 6 milyard 544 milyon 674 min dollar ikən, 2023-cü ilin ilk 4 ayında 5 milyard 715 milyon 409 min dollara düşüb (829 milyon 265 min dollar azalıb).
2022-ci ilin ilin ilk 4 ayında təbii qaz ixracının dəyəri 4 milyard 178 milyon 230 min dollar ikən, 2023-cü ilin ilk 4 ayında 5 milyard 418 milyon 534 min dollara yüksəlib (1 milyard 240 milyon 304 min dollar artıb).
Eyni zamanda, 2023-cü ilin ilk 4 ayında Azərbaycandan 263 milyon 648 min dollar dəyərində neft kokusu, bitumu və digər neft məhsulları ixrac edilib, ki bu da ötən ilin eyni dövrü ilə müqayisədə 128 milyon 672 min dollar çoxdur (ötən ilin eyni dövründə 134 min 976 min dollarlıq).
İlk 4 ayda neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın 2023-cü ilin ilk 4 ayının ixracına nisbəti 90.57% təşkil edib.
2023-cü ilin yanvar-aprel ayları ərzində neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixracın statistik dəyəri 1 milyard 187 milyon 218 min dollar təşkil edib. Ötən ilin ilk 4 ayında neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixracın statistik dəyəri 965 milyon 495 min dollar təşkil etmişdi (221 milyon 723 min dollar artıb).
Artım əsasən elektrik enerjisi ixracının artması ilə bağlıdır. Əgər 2022-ci ilin ilk 4 ayında elektrik enerjisi ixracının dəyəri 33 milyon 502 min dollar idisə, 2023-cü ilin ilk 4 ayında 313 milyon 683 min dollar təşkil edib (9,4 dəfə və ya 280 milyon 181 min dollar artıb).
2023-cü ilin yanvar-aprel ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə kartof, alma, nar, şəkər, tərəvəz və meyvələrin emal məhsulları ,alkoqollu və alkoqolsuz içkilər, sirkə, sement, plastmassa və onlardan hazırlanan məmulatların ixracının statistik dəyəri artıb.
Neft-qaz sektoruna daxil olmayan malların ixracının 2023-cü ilin ilk 4 ayının ixracına nisbəti 9.43% olub.
2023-cü ilin yanvar-aprel dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 17 milyard 882 milyon 674 min ABŞ dolları təşkil edib. O cümlədən, ixrac əməliyyatları 12 milyard 584 milyon 813 min ABŞ dolları, idxal əməliyyatları 5 milyard 297 milyon 861 min ABŞ dolları olub. Nəticədə 7 milyard 286 milyon 951 min ABŞ dolları saldo yaranıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
4 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
5 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
5 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb




















