Bazarstore-da “Karyera günü”
(®) Supermarketlər şəbəkəsi işçi qəbulunu elan edir.
Mayın 19-da Gənclik metrosunun yaxınlığında yerləşən mağazada “Karyera günü” keçiriləcəkdir.
“Karyera günü” çərçivəsində aşağıda qeyd olunan vakansiyalar üzrə müraciət edən namizədlərlə şirkətin İnsan Resursları Departamentinin nümayəndələri arasında birəbir görüş baş tutacaq.
- Satıcı
- Kassir
- Qəssab
- Mühafizə
Həmçinin qeyd etmək istəyirik ki, iş üçün müraciətlərinizi hər zaman istənilən mağazamızda yaza və ya https://bazarstore.az/content/9-karyera linkinə daxil olaraq edə bilərsiniz.
Hər biriniz gələcəyin rəhbəri ola bilərsiniz.
12 ildir pərakəndə sektorunun liderlərindən olan marketlər şəbəkəsində 4 minə yaxın əməkdaş çalışır. Qeyd edək ki, əməkdaşlarımızın rahat və güvənilən iş mühitində çalışması üçün hər bir şərait yaradılmışdır. İş saatı, əmək məzuniyyəti və digər bütün normalar tam rəsmi qaydada Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq həyata keçirilir.
Bizimlə birgə çalışmaqla siz həm də müxtəlif təlimlərdə iştirak edib şəxsi inkişafınızı artıra bilərsiniz. Belə ki, Azərsun Holdinqin nəzdində “Azərsun Akademiyası” tərəfindən verilən təlimlər şəxsi keyfiyyətlərinizin, bilik və bacarıqlarınızın artırılmasında xüsusi rol oynayacaq.
Siz qısa zamanda market daxilində müxtəlif vəzifələrə yüksələ, rəhbər vəzifəsində çalışa bilərsiniz. Eyni zamanda sahib olduğunuz bilik və bacarıq, təhsilinizə uyğun olaraq Mərkəz Ofisdə həmçinin Azərsun Holdinq daxilində digər vakansiyalarda dəyərləndiriləcəksiniz.
Tələbələr üçün iş imkanı.
Tələbələr üçün də şad xəbərimiz var. Əgər təhsilinizlə yanaşı çalışmaq da istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Dərs saatları iş qrafikinə uyğun olan tələbələri aramızda görməkdən məmnun olarıq.
Qeyd edək ki, 2011-ci ildə “Azərsun Holdinq”in tərkibində yaradılan “Bazarstore” davamlı olaraq təzəlik, keyfiyyət, münasib qiymət, çeşidlilik və xidmətindən güzəştə getməyərək 87 mağazası və 4000-ə yaxın çalışanı ilə xidmət göstərir.
“Bazarstore” əsas prinsiplərində qeyd olunduğu kimi bu üstün xidmət üçün əl-ələ verib birlikdə güclənməyin, inkişaf üçün davamlı çalışmağın, müştərini sərvəti bilib sözündə etibarlı olmağın və məsuliyyətinin fərqindədir.
Bazarstore
İnsan Resursları Departamenti, +99412 404 19 70-75, *1900
19.05.2023-cü il tarixində, saat 11:00 – 16:00
Fətəli Xan Xoyski pr 830, “Gənclik” metrosunun çıxışı
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 21 saat sonra
-
-
45 d. əvvəl
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
1 saat əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























