"Vodafone Ukrayna" şirkəti 2022-ci ildə yüksək nəticələr göstərib
Ukrayna mediasının məlumatına əsasən, Azərbaycanın müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupu "NEQSOL Holding"in tərkibində olan və Ukraynada fəaliyyət göstərən "Vodafone Ukrayna" telekommunikasiya şirkəti 2022-ci ilin nəticələrini açıqlayıb.
Şirkət əvvəlki ilə nisbətən 2022-ci ildə əməliyyat üzrə mənfəətini 10% artıraraq 6.5 milyard qrivnaya (200 milyon ABŞ dolları) çatdırıb.
Şirkətin əməliyyat mənfəəti üzrə marjası (EBİT) isə ölkədə müharibə şəraitinə baxmayaraq, 2021-ci ilə nisbətən 29%-dən 33%-ə qədər yüksəlib.
Şirkətin "NEQSOL Holding" tərəfindən satın alındığı 2019-cu il ilə müqayisədə 2022-ci ildə ümumi gəlirləri 24%, əməliyyat üzrə mənfəəti isə 80%-ə yaxın artıb.
Təhlillərə və ekspert rəylərinə əsasən, qeyd edilən artım göstəriciləri nəinki müharibə şəraitində olan ölkə, hətta bütün dünya üzrə uğurlu nəticələr hesab edilir. Qlobal tendensiyalar nəzərə alınsa, bu nəticələr telekommunikasiya sahəsi üçün də yüksək sayılır. Bu, həmçinin şirkətin effektiv idarə edilməsini göstərir.
"Vodafone Ukrayna", həmçinin kapital qoyuluşlarını artıraraq əsaslı layihələrə 3,6 milyard qrivna (110 milyon ABŞ dolları) sərmayə yatırıb. Şirkət ötən il ərzində 4000 sayda 4G baza stansiyasını istifadəyə verib. İnfrastrukturun yenilənməsi və yeni baza stansiyalarının quraşdırılması sahəsində fəaliyyətinin nəticəsi olaraq, müştərilər tərəfindən mobil internetdən istifadə 1,5 dəfə artıb.
2022-ci il ərzində, şirkət müştərilərinə və cəmiyyətə dəstək məqsədilə müxtəlif sosial və xeyriyyə layihələrində də iştirakını davam etdirib.
Beləliklə, "Vodafone Ukrayna" 2022-ci ildə uğurlu nəticələr əldə edib və maliyyə stabilliyini qoruya bilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 14 d. əvvəl
-
-
15 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
26 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 13 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb





.jpg)









.jpg)






