Fitch ABŞ banklarından "zəif performans" gözləyir
Beynəlxalq kredit reytinq agentliyi Fitch, bu il ABŞ banklarından daha zəif maliyyə göstəriciləri gözlədiyini bildirib.
Marja xəbər verir ki, Fitch yaydığı açıqlamada, 2022-ci ilin Noyabr ayındakı proqnoza uyğun olaraq, ABŞ bankları üçün daha zəif maliyyə performansı gözləməsinin 2023-cü ildə də davam etdiyi bildirilib.
Bu performansın iş modelindən, aktivlərdən, əmanətlərin müxtəlifliyi və sabitliyindən asılı olaraq dəyişəcəyinə işarə edilib, ABŞ banklarının əksəriyyətinin 2023-cü ilə güclü kapital və likvidlik ilə daxil olduğu xatırladılıb.
"Bu, qısamüddətli çətinliklərin öhdəsindən gəlmək üçün imkan təmin edir",- açıqlamada deyilir.
Uzunmüddətli reytinq nəticələri qiymətləndirilərkən, Silicon Valley Bank (SVB), Signature Bank və First Republic Bank-ın iflası nəticəsində yaranan ikinci dərəcəli təsirlərə diqqətin artdığı vurğulanıb.
Açıqlamada, Fitch-in mart ayından etibarən son bank uğursuzluqlarından və əhəmiyyətli depozi çıxışlarından sonra ciddi şəkildə mənfi təsir görən banklar üçün bir sıra mənfi reytinq tədbirləri gördüyü bildirilib.
Mart ayının sonundan etibarən ABŞ bankları üçün depozit çıxışlarının stabilləşdiyinə diqqət çəkilərək, aprelin 26-dək ABŞ kommersiya banklarındakı əmanətlərin 3 faiz azalaraq 16 trilyon dollar təşkil etdiyi qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub















.jpg)






