Türk lirəsi ilə bağlı iki ssenari və iki proqnoz - DOLLAR 30 LİRƏ OLA BİLƏR
Türkiyədə seçkilərdən sonra güclü və mötədil ortodoks pul siyasəti ssenarisinə görə, JPMorgan dollar/TL üçün iki fərqli proqnoz açıqlayıb.
Qlobal bank JPMorgan, 14 May seçkilərindən sonra "ortodoksal siyasətlərə güclü bağlılıq" baş verərsə, "MSCI Turkey" indeksinin dollar ifadəsində 74% yüksəliş potensialına sahib olacağını və "ortadoksal siyasətə orta qayıdış" vəziyyətində 29% azalma ehtimalının olacağını proqnozlaşdırır.
Ortodoksal siyasətlər - iqtisadiyyat sahəsində ənənələrdən və ümumi qəbul edilmiş baxışlardan ibarət olan təcrübələrə deyilir. Ümumi qəbul edilmiş təcrübələrdən ibarət olan iqtisadi siyasət ortodoksal iqtisadi siyasət adlanır. Heterodoks siyasətlər - iqtisadiyyat sahəsində ənənəvi baxış və yanaşmalardan kənar tətbiqləri üçün istifadə olunur. Hazırda Türkiyədə tətbiq edilən bir çox siyasətlər heterodoksdur.
Marja xəbər verir ki, JPMorgan-ın strateqləri David Aserkoff və İnqa Q. Galeni tərəfindən hazırlanmış 2 may tarixli hesabatda, Dollar/Türk Lirəsi proqnozları - “güclü ortodoks siyasət” ssenarisində 25 lirə, “mülayim ortodoks siyasət ssenarisi”ndə isə 30 lirə səviyyəsində proqnozlaşdırılıb.
JPMorgan aprelin ortalarında dərc etdiyi hesabatında, seçkidən sonra üçün ssenarilərində ortodoks siyasətlər geri qaytarılsa belə, yüksək volatillik səbəbindən TL-də ucuzlaşma gözlədiklərini bildirmişdi. Bank, şirkətlərin valyuta tələbi və Mərkəzi Bankın ehtiyatlarını artırmaq planları kimi amillər ilə Dollar/TL-nin 24-25 lirə səviyyələrinə yüksələ biləcəyini qeyd etmişdi.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 37 d. əvvəl
-
41 d. əvvəl
Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
4 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
5 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
7 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
7 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
Son Xəbərlər

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
