Çiyələk bahalaşa bilər - Tufan və dolu Cəlilabadda sahələrə ciddi zərər vurub
Bir neçə gün əvvəl müşahidə olunan güclü yağış və dolu Cəlilabad rayonunda çiyələk sahələrinə zərər vurub.
Bu barədə bir qrup yerli sahibkar məlumat verib.
Onların sözlərinə görə, havanın qeyri-sabit keçməsi çiyələk kollarını və meyvələrini zədələyib.
Buna görə də, çiyələk sahələrini sığorta etdirməyən bəzi sahibkarlar çətin duruma düşüblər.
Fermerlər bildirib ki, güclü külək və dolu nəticəsində artıq sahələrdə meyvələr sürətlə çürüməyə başlayıb.
Qeyd olunub ki, təbiət hadisəsi nəticəsində kolların üzərində həm yetişmiş, həm də kal meyvələr məhv edilib.
İndiyədək mövsüm zamanı əlverişsiz hava şəraiti ilə qarşılaşmadıqlarını söyləyən sahibkarlar əkin sahələrini sığorta etdirmədiklərini bildiriblər. Ona görə də bu mövsümün zərərlə başa çatacağı ehtimal edilir.
Məsələ ilə bağlı Cəlilabad Rayon Dövlət Aqrar Mərkəzindən yerli bürosuna bildirilib ki, baş verən qasırğa və yağan dolu çiyələk təsərrüfatına ciddi ziyan verib.
Qeyd edilib ki, yetişmiş məhsul kol üzərində çürüyərək yerə tökülür. Məlumatda bunun çiyələyin qiymətinə təsir göstərəcəyi vurğulanıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
23 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















