10 milyonluq ziyana görə 10 il həbs cəzası verilmiş şirkət rəhbəri bəraət alıb
Külli miqdarda mənimsəmə və vergiləri ödəməkdən yayınmaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilmiş “Güllübulaq” (indiki ERBİ-H) MMC-nin keçmiş rəhbəri Füzuli Adıgözəlov barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.
Xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində şikayət qismən istintaq aparılmaqla yenidən araşdırılıb.
Təqsirləndirilən şəxsin vəkili şikayəti əsaslandırarkən müvəkkili barəsindəki ittihamlarda dəqiq və inandırıcı dəlil və sübutlar olmadığını, birinci instansiya məhkəməsinin hökmünün əsassız olduğunu deyib. Vəkil çıxışında müvəkkilinin zərərçəkmiş qismində tanınmış şirkətin rəhbəri olduğunu xatırladaraq onun öz şirkətindən “oğurluq etməsinin” real görünmədiyini deyib.
Hakim İbrahim İbrahimlinin sədrlik etdiyi məhkəmə heyəti müdafiə tərəfinin çıxışlarını, apellyasiya şikayəti dəlillərini tədqiq etdikdən sonra təqsirləndirilən şəxsin bəraətinə qərar veriblər. Füzuli Adıgözəlov günahsız elan olunaraq dərhal məhkəmə zalından azadlığa buraxılıb.
Qərarda bəraət almış şəxsin maddi və mənəvi ziyana görə iddia qaldırmaq hüququ olduğu qeyd olunub.
Xarırladaq ki, Füzuli Adıgözəlov 3 il əvvəl- 2020-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.
İttihama görə, Füzuli Adıgözəlov 2011-2015-ci illərdə Türkiyədən müxtəlif məhsullar idxal edib, “Güllübulaq” MMC-yə məxsus 1 milyon 885 min manat hesabına həmin malların dəyərini və gömrük rüsumlarını ödəyib, lakin malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyib.
Bundan başqa, Füzuli Adıgözəlov 2011-2015-ci illər ərzində 8 milyon 396 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmaqda ittiham olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə araşdırılıb. Hökmə əsasən Füzuli Adıgözəlov verilmiş ittihamlarla təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
© APA
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
- 10 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















