Ən yuxarı (mobil)_30

“PAŞA Bank” gənclər üçün növbəti öyrənmə marafonu təşkil edir - SON TARİX APRELİN 8-DİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Bank” gənclər üçün növbəti öyrənmə marafonu təşkil edir - SON TARİX APRELİN 8-DİR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Ölkənin aparıcı korporativ maliyyə instutu olan “PAŞA Bank”, gənclərin peşəkar inkişafını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsini davam etdirir.

Belə ki, Bank, kompüter elmləri və proqramlaşdırma sahəsi üzrə ixtisaslaşmış ali məktəb məzunları və son kurs tələbələri üçün “DevZone” öyrənmə marafonunu keçirməyi planlayır. Bu marafon çərçivəsində iki ay müddətində "back-end" proqramlaşdırma üzrə təlimlərin və mentorluq sessiyalarının təşkil olunması nəzərdə tutulur.

“DevZone" öyrənmə marafonuna seçimlər iki hissədən ibarət olacaq. İştirakçılardan ilk mərhələdə “Hackerrank” platformasında verilən tapşırıqları həll etmək tələb ediləcək. Bu mərhələdə ən yüksək nəticə göstərmiş ilk 50 iştirakçı növbəti mərhələ olan müsahibə mərhələsinə keçid alacaq.

“PAŞA Bank”ın yüksək ixtisaslı peşəkarları tərəfindən keçirilən təlimlərdə iştirak etmək, onların zəngin təcrübəsindən bəhrələnmək istəyirsinizsə, aprel ayının 8-dək müraciətinizi ünvanlamağa tələsin.

Qeyd edək ki, test mərhələsinə qatılmaq üçün platformaya kompüterdən daxil olmaq lazımdır. “Hackerrank”ın artıq istifadəçisi olan şəxslərdən platformaya istifadəçi məlumatları ilə daxil olmaq xahiş olunur. Platformadan ilk dəfə istifadə edən şəxslərdən səhifənin sonunda yerləşən formanı dolduraraq qeydiyyatdan keçmək tələb edilir.

“Hackerrank” platformasına bu səhifədən https://lnkd.in/eAF5B_Nm keçid etmək mümkündür. Qeydiyyat forumu səhifənin sonunda yerləşdirilib.

DevZone
06.04.2023 19:19
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18