Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib, sənədlər təsdiqlənib
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fondun yaydığı məlumatda bildirilir ki, iclasda Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri - ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı Tural Gəncəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycanın Xalq artisti Alim Qasımov, eyni zamanda Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.
Tədbirdə Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev Müşahidə Şurasına gündəlikdə duran məsələlər barədə ətraflı məlumatı təqdim edib.
İclas iştirakçıları Qarabağ Dirçəliş Fondunun 2022-ci il üzrə kənar auditorunun təyin edilməsi, Fondun “Ştat cədvəli, vəzifə maaşına əlavələrin tətbiq edilməsi qaydası və əməyin ödənişi fondu”nun təsdiq edilməsi, “Qarabağ Dirçəliş Fondunun 2023-cü il üzrə büdcəsi”nin təsdiq edilməsi, “Qarabağ Dirçəliş Fondunun büdcəsinin tərtibi və icrası haqqında Qaydalar”ın təsdiq edilməsi, və “Fondun vəsaitlərinin yerləşdirilməsi haqqında Qaydalar”ın yeni redaksiyasının təsdiq edilməsi kimi məsələlər barədə geniş müzakirələr aparıblar.
İclasın yekununda yuxarıda qeyd olunan sənədlər Müşahidə Şurası tərəfindən təsdiqlənib.
Görüşün sonunda Müşahidə Şurası Fondun gördüyü işlər və fəaliyyət istiqamətləri barədə razılıqlarını ifadə edərək, iclasda təqdim olunan digər məsələlərin növbəti iclasda müzakirəsi üçün müvafiq tapşırıqlar verib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 19 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 22 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















