"Kür quruyur, Arazın da suyu azalıb"
"Sudan qənaətlə istifadə üçün qardaş, əmioğlu, dayıoğlu torpaqlarını birləşdirməlidir".Nəinki Kür quruyur, Arazın da suyu azalıb.
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında komitə sədri Tahir Rzayev bildirib.
Tahir Rzayev deyib ki, əvvəl bu vaxtlarda Kürün suyu daşardı:
“İndi iqlim dəyişikliyi, quraqlıq amili var. Azərbaycanda yayda pambığın, digər təsərrüfat sahələrinin suvarılması da buna təsir edən amillərdəndir. Əvvəl ölkədə 50 min hektar sahədə pambıq əkilirdisə, indi 100 min hektarda əkilir. Ölkədə taxıl əkilən sahə isə 1 milyon hektardır. Əhali də sürətlə artır və onların da öz təsərrüfatı var. Bundan başqa, sudan qənaətlə istifadə etmirik, suvarma texnologiyası tətbiq edilmir, çiləmə üsulundan istifadə olunmur. Digər amillərdən biri budur ki, bizdə iri təsərrüfatların yaradılması baş vermir. Hərənin 3 hektar sahəsi var, istəyir özü əksin, özü biçsin. Belə olanda torpağın becərilməsi və suvarılmasında çətinliklər ortaya çıxır. Qardaş, əmioğlu, dayıoğlu torpaqlarını birləşdirməlidir. Kənd təsərrüfatında müəyyən çətinliklər var. Məhsuldarlığın aşağı düşməsinə də bu səbəb olur”.
Kür çayının suyunda ötən günlə müqayisədə artım olub.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bu barədə Kür Qıraqkəsəmən hidroloji məntəqəsinin məlumatında bildirilib.
Qeyd edilib ki, hazırda çayda suyun səviyyəsi 313 smdir. Bu isə ötən günlə müqayisədə 22 sm artım deməkdir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
19 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























