“İnvestAZ Asset Management”in lisenziyası ləğv edilməyib, müddəti bitib - AÇIQLAMA
Şirkət fəaliyyətini dondurduğu üçün yenidən lisenziya üçün müraciət etməyib.
"“İnvestAZ Asset Management” MMC şirkəti 27 avqust 2013-cü ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən Qiymətli Kağızlar bazarında aktivlərin idarə olunması üzrə fəaliyyət ilə bağlı lisenziya almışdır. Lakin bu lisenziya ilə bağlı heç bir fəaliyyəti olmamışdır. Lisenziyanın müddəti 5 il olub və 2018-ci ildə bitmişdir. Şirkət fəaliyyətini dondurduğu üçün yenidən lisenziya üçün müraciət etməyib".
Bu, "Marja"ya “İnvestAZ Asset Management” MMC-nin təsisçisi "İnvest-Az İnvestisiya Şirkəti" QSC-dən bildirilib.
Qeyd edilib ki, "İnvestisiya fondları haqqında" qanuna cari ildə ediləcək təkmilləşdirmə üzrə dəyişiklikdən sonra şirkət yenidən lisenziya üçün müraciət etməyi planlaşdırır.
“İnvestAZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti ayrı hüquqi şəxsdir və investisiya xidmətləri üzrə müddətsiz lisenziyaya malikdir.
Qeyd edək ki, Mərkəzi Bankın saytında verilən məlumata görə, Azərbaycanda investisiya fondunun idarəçisi fəaliyyəti üzrə lisenziyaya malik şirkətlərin sayı 2-dən 1-ə düşüb. Siyahıdan “İnvestAZ Asset Management” MMC-nin adı çıxarılıb. Bir sıra xəbər saytları şirkətin adının siyahıdan çıxarılmasını yanlış olaraq "“İnvestAZ Asset Management”in lisenziyası ləğv edildi" başlığı ilə təqdim ediblər. Halbuki, açıqlamada qeyd edildiyi kimi, lisenziyanın müddəti bitib.
Azərbaycan qanunvericiliyinə görə, “İnvestisiya fondu səhmdar və ya paylı investisiya fondu formasında yaradılan, vəsaitlərin cəlb edilib mənfəət əldə edilməsi məqsədi ilə investisiya bəyannaməsində nəzərdə tutulmuş qaydada yatırılması ilə məşğul olan maliyyə qurumudur. İnvestisiya fondunun idarəçisi müstəsna olaraq investisiya fondlarının idarə edilməsi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyət növü üzrə lisenziyaya malik hüquqi şəxsdir. İnvestisiya fondunun idarəçisi investisiya fondunu səhmdar investisiya fondu və ya pay sahibləri ilə bağlanılmış idarəetmə müqaviləsi əsasında səhmdarların və ya pay sahiblərinin maraqlarına uyğun olaraq idarə edir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
- 18 d. əvvəl
-
31 d. əvvəl
Çinli avtomobil nəhəngi GAC, 2027-yə qədər Avropada satışlarını 17 dəfə artırmağı hədəfləyir
-
46 d. əvvəl
Yeni iPhone-ların Azərbaycanda satışa çıxacağı tarix məlum olub
-
1 saat əvvəl
Hesablama Palatası Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində ciddi maliyyə nöqsanları aşkar edib
-
1 saat əvvəl
Dövlət satınalmaları 57 faiz, kotirovka sorğusu üzrə satınalmalar 2 dəfədən çox artıb
-
1 saat əvvəl
Macarıstan "Shell" ilə 10 illik qaz tədarükü müqaviləsi imzalayıb
-
1 saat əvvəl
"Botaş" və BP arasında LNG tədarükü haqqında üçillik müqavilə bağlanıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Hesablama Palatası Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində ciddi maliyyə nöqsanları aşkar edib

"Facility Management Group" şirkəti şəhid və qazi övladlarına məktəb ləvazimatları hədiyyə edib
Ən çox oxunanlar

Apple-ın səhmləri iPhone 17-lərin təqdimatından sonra ucuzlaşıb

Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Duz gölünə çirkab su axıdanlar cərimələnəcək

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
