Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Kəlbəcərdə külək enerjisi üzrə nüfuzlu şirkətdən qiymət təklifi gözləyirik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kəlbəcərdə külək enerjisi üzrə nüfuzlu şirkətdən qiymət təklifi gözləyirik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycanın Energetika Nazirliyi Kəlbəcərdə 180 meqavat külək enerjisi potensialına malik ərazilər üzrə dünyanın nüfuzlu şirkətindən qiymət təklifi gözləyir".

Bu barədə jurnalistlərə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib.

Onun sözlərinə görə, qeyd olunan ərazilər şirkət tərəfindən külək turbinlərinin quraşdıra biləcəyi və xəritədə ilkin mərhələdə müəyyənləşdirilən sahələrdir.

"Bu istiqamətdə işlər gedir. Onlardan qiymət təklifini gözləyirik", - nazir müavini vurğulayıb.

Şirkətin adını açıqlamasa da, Elnur Soltanov bu şirkətin Azərbaycanda artıq fəaliyyətdə olduğunu və müəyyən layihələr həyata keçirdiyini qeyd edib.

© APA

10.03.2023 18:33
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18