Dolların əsas valyutalara nisbətdə məzənnəsi bir neçə ayın ən yüksək səviyyəsinə çatıb
Çərşənbə günü ABŞ Federal Ehtiyat Sisteminin sədri Pauellin açıqlamaları fonunda dollar əsas valyutalar qarşısında bahalaşıb.
Çərşənbə günü ABŞ Mərkəzi Bankının (FED) sədri Jerome Powell-in (Cerom Pauel) faizlərin gözləniləndən daha yüksək səviyyəyə çatdırılmasının lazım ola biləcəyini söyləməsindən sonra ABŞ dolları digər əsas valyutalar qarşısında bir neçə ayın ən yüksək səviyyəsinə qalxıb.
Marja xəbər verir ki, ABŞ dolları/Yapon yeni məzənnəsi bu il ilk dəfə olaraq 200 günlük ortala qiymətin üstünə çıxıb və 0,5% artaraq 137,79-a yaxın olub. Bu son üç aylıq maksimumdur.
Bakı vaxtı ilə saat 10:45-ə olan məlumata görə, Avro/Dollar (EUR/USD) məzənnəsi 1,0528-ə geriləyib, bu da son iki ayın minimumudur. Britaniya funtu, İsveç və Norveç kronu, Çin yuanı, eləcə də Avstraliya və Yeni Zelandiyanın valyutaları ABŞ dolları qarşısında bir neçə aylıq minimuma düşüblər.
Çərşənbə axşamı Senatda danışan Pauell bildirib ki, son məlumatlar ABŞ iqtisadiyyatının gözlənildiyindən daha güclü olduğunu göstərir, ona görə də faizlərin artırılması tempi sürətləndirilməlidir.
Bu gün də Pauellin Konqresdə çıxış edəcək. Paueldən əvvəl Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard və İngiltərə Mərkəzi Bankının Pul Siyasəti Komitəsinin üzvü Svati Dhinqra çıxış edəcəklər.
Avstraliya Ehtiyat Bankının daha az sərt siyasət mövqeyinə işarə etməsindən sonra AUD/USD məzənnəsi çərşənbə axşamı günü 2% geriləyib və 0.6568 səviyyəsində ticarət edilib.
Analitiklər bildirirlər ki, FED mart ayında faiz dərəcələrini 0,25 faiz bəndi deyil, 0,50 faiz bəndi artıra bilər. Pauellin açıqlamalarından sonra treyderlər 70% ehtimalla mart ayında FED-in 0,50 bənd faiz artıracağını gözləyirlər.
"IG Markets"in analitiki Tony Sycamore, "Əgər məlumatlar, Pauellin dediyi kimi, gözləntiləri üstələyirsə, o zaman mart ayında faiz dərəcəsinin 0,50 faiz bəndi qaldırılacağı ehtimalı yüksəkdir" deyib.
Dollar indeksi üç aydan çox müddətə ən yüksək həddə - 105,86 səviyyəsinə yüksəlib.
Britaniya funtu/ABŞ dolları məzənnəsi cüzi ucuzlaşaraq noyabrın sonundan bəri ən aşağı səviyyədə - 1,1811 səviyyəsində ticarət edilib.
Qızılın qiyməti 1813 dollaradək, Brent neftinin qiyməti isə 83,39 dollaradək düşüb.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 11 saat əvvəl
-
-
11 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
13 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
13 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
13 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Son Xəbərlər

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmiri işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
Ən çox oxunanlar

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti
